Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakılı xanım Rusiyada nazir postuna təyin edilib

Abunə olmaq
Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov Arxiv məsələləri üzrə Dövlət Komitəsinin sabiq sədri İradə Eyyubovanı respublikanın mədəniyyət naziri təyin edib

BAKI, 3 may — Sputnik. Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov Arxiv məsələləri üzrə Dövlət Komitəsinin sabiq sədri İradə Eyyubovanı respublikanın mədəniyyət naziri təyin edib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı respublika başçısının mətbuat xidməti yayıb.

"Eyyubova İradə Hafizyanovna əvvəlki vəzifəsindən azad edilərək Tatarıstan Respublikasının mədəniyyət naziri təyir edilir" — deyə prezidentin sərəncamında bildirilir. 

Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
Prezident hökumətin tərkibi barədə yeni sərəncam verdi

47 yaşlı Eyyubova Bakıda anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını "mühəndis-riyaziyyatçı" ixtisası üzrə bitirib. 2002-ci ildə Tatarıstan Biznesə Yardım İnstitutunu "hüquq" ixtisası üzrə bitirib. Rusiya prezidenti yanında "Rusiya xalq təsərrüfatı və dövlət xidməti akademiyası"nda ixtisasını artırıb.

1994-2000-ci illərdə Eyyubova Nijnekamskda mühəndis-proqramçı işləyib.

Daha sonra karyerasını Kazanda davam etdirib. 2008-ci ildə Respublika mədəniyyət nazirinin müavini olub. O, Rusiyanın əməkdar iqtisadçısıdır.

Tatarıstanın mədəniyyət naziri Ayrat Sibaqatullin aprelin 14-də tutduğu postu tərk edib.

Xəbər lenti
0