QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sarqsyan artıq toxunulmaz deyil - Onu necə yaxalayıb Azərbaycana gətirməli?

© Sputnik / Sergey Guneev / Mediabanka keçidСерж Саргсян
Серж Саргсян - Sputnik Azərbaycan
Abunə olmaq
"Onun toxunulmazlıqdan və mühafizədən məhrum olmasından istifadə edərək onun üçüncü ölkənin ərazisində ələ keçirilməsi və Azərbaycana gətirilməsi üzrə əməliyyatın keçirilməsi mümkündür"

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. "Nəzəri və hüquqi baxımdan Azərbaycan Ermənistanın eks-prezidenti Serj Sarqsyanın həbsinə nail ola bilər, lakin siyasi baxımdan bu, real görünmür". Bu sözləri deputat Çingiz Qənizadə Azərbaycanın prokurorluq orqanlarının Sarqsyanın toxunulmazlıq statusunu itirməsi ilə əlaqədar olaraq ona qarşı cinayət işi açmasının və İnterpolun onu Azərbaycana təhvil verməsinin nə dərəcədə real olduğu barədə suallara cavab verərkən deyib.

Серж Саргсян - Sputnik Azərbaycan
Serj Sarqsyan istefa verdi

Azərbaycanın Hərbi Prokurorluğu Xocalı soyqırımını törətməkdə günahlandırılan 297 nəfərin saxlanılması ilə bağlı İnterpola sorğu göndərib. Lakin onlardan heç biri indiyə qədər saxlanılmayıb və onlara cəza verilməyib.

Parlamentari hesab edir ki, "Sarqsyan Rusiyanın marionetkasıdır və onu bizə verməyəcək".

Ermənistanın sabiq prezidenti Serj Sarqsyan insanlıq əleyhinə cinayətlərdə — Xocalı soyqırımının törədilməsində günahlandırılır. O, bu cinayətdə əlinin olmasını britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində açıq surətdə etiraf edib: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyil. Biz isə bu stereotipi qırdıq" (Tomas de Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülhlə müharibə arasında).

Sputnik Azərbaycan Rusiya və Azərbaycandan olan ayrı-ayrı ekspertlərə müraciət edərək hazırda Sarqsyanın həbsinin nə dərəcədə real olduğunu, Rusiyanın onu Qənizadənin dediyi kimi, müdafiə edib-etməyəcəyini soruşub.

Plexanov adına Rusiya İqtisad Universitetinin sosiologiya və politologiya kafedrasının dosenti Oleq Qlazunovun fikrincə, burada söhbət Rusiyadan getmir: "Ümumilikdə, Xocalı və bütövlükdə Dağlıq Qarabağ münaqişəsi siyasi məsələdir. İnterpola gəlincə, bu təşkilat siyasətdən uzaq durmağa çalışır. Ona görə də hazırda hər şey rəsmi Vaşinqtondan asılıdır. Amerika bütün beynəlxalq normaların əsas pozucusudur. Əgər o istəyərsə, Sarqsyan həbs oluna bilər".

"Amma hadisələrin başqa cür inkişafı da mümkündür. ABŞ Ermənistanla münasibətləri yoluna qoymaq istəyə bilər. Buna görə də erməni tərəfinin güzəştə getməsinə nail olmaq üçün onlar Sarqsyanın mümkün həbsindən qaça bilərlər. Əks təqdirdə Birləşmiş Ştatlar Ermənistanı onun keçmiş prezidentinin tamamilə kənarda qalacağı ilə hədələyə bilər" — deyə politoloq bildirib.

Ekspertin fikrincə, odur ki, bu məsələ hüquqi müstəvidə həll olunmayacaq: "Həmişə məsələ sabiq prezidentlərlə əlaqədar olanda, məhz belə alınır. Belə hallar həmişə siyasi müstəvidə həll olunur. Dünya oyunçuları necə istəsələr, elə də olacaq".

Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, hüquqi cəhətdən Sarqsyanın həbsi mümkündür: "Əgər Azərbaycan Sarqsyanın bu və ya digər cinayətləri törətdiyi barədə İnterpolu inandıracaq dəlillər bazasına malikdirsə, onda beynəlxalq polis Azərbaycan tərəfi ilə bu məsələni müzakirə edə bilər. İnterpol siyasətdənkənar polis olduğu üçün, Sarqsyan məsələsi isə siyasi olduğu üçün, o, dünyada güclü olan tərəfin göstərişlərini yerinə yetirəcək".

Serj Sarkisyan. Arxiv şəkli - Sputnik Azərbaycan
Serj Sarqsyan partiya sədrliyindən də getdi

"Bununla yanaşı, qeyd etmək istəyirəm ki, İnterpol çətin ki, Almaniya və ya Fransanın göstərişi ilə işləsin, amma Böyük Britaniya, yaxud ABŞ-ın göstərşi ilə işləyə bilər. Odur ki, bu məsələ daha çox siyasi səviyyədə həll olunacaq, nəinki hüquqi" — Qlazunov əlavə edib.

Plexanov adına Rusiya İqtisad Universitetinin sosiologiya və politologiya kafedrasının dosenti, hərbi ekspert Aleksandr Perenciyevin fikrincə isə, indi Sarqsyanın ekstradisiyası və cəzalandırılması üçün çətin ki, Azərbaycan üçün əlverişli şərait yaransın: "Hələ fakt deyil ki, əgər Ermənistanın hakim dairələrində dəyişiklik baş veribsə, bu, Azərbaycan tərəfinin xeyrinədir və hansısa əlverişli şərait yaranıb".

Politoloqun fikrincə, əgər Ermənistanda qərbyönümlü çevriliş baş vermiş olsa belə, bu, o demək deyil ki, o, xaricdən Ukrayna kimi, ABŞ tərəfindən idarə ediləcək: "Birdən bu idarəetmə erməni diasporunun güclü olduğu Fransanın əlinə keçərsə? Belə çıxır, Ermənistan bu halda da Qarabağla, eləcə də digər siyasətlə bağlı daha sərt mövqe tutacaq".

Perenciyevin fikrincə, bütün bunlara rəğmən, əlbəttə ki, Sarqsyanın hərəkətlərini cəzasız buraxmaq olmaz: "Burada rəsmi Bakı Ermənistanda inqilabın nə ilə başa çatacağına diqqət yetirməlidir. Əgər həqiqətən də bu ölkədə hakimiyyətə qardaşlıq və bərabərlik tərəfdarı olan insanlar gəlməyəcəksə, onda onlar cinayətkar Sarqsyanı Azərbaycana təhvil verməyə hazır olacaqlarmı? Bu sualı erməni müxalifətinə ünvanlamaq lazımdır".

"Əgər cavab "yox" olacaqsa, deməli, İnterpola da müraciət eləməyə dəymir. Rusiya da ukraynalı siyasi xadimlərlə bağlı dəfələrlə İnterpola mürciət edib, hər dəfə də "yox" cavabına alıb" — deyə politoloq bildirib.

Onun dediyinə görə, Azərbaycan siyasi bəyanatlarını davam etdirməlidir: "Bu vəziyyətdə edilməsi mümkün olan yeganə iş Sarqsyanın toxunulmazlıq və mühafizədən məhrum olmasından istifadə edərək onun üçüncü ölkənin ərazisində ələ keçirilməsi və Azərbaycana gətirilməsi üzrə əməliyyatın keçirilməsidir. Amma mən düşünürəm ki, Sarqsyan da bu ssenarini göz önünə alaraq müvafiq tədbirlər görəcək. Çünki onun öz şəxsi mühafizəsini təmin edəcək qədər pulu var".

İlqar Vəlizadə - Sputnik Azərbaycan
Politoloq: “Sarqsyanı əvəzləyən qüvvələr daha radikaldır”

Qeyd etmək lazımdır ki, Sarqsyanın erməni terrorçularının bir vaxtlar fəal şəkildə istifadə etdiyi bu ssenarini nəzərə almaması qəribə olardı. "Daşnaksütyun" partiyasının keçirdiyi terror aksiyası olan "Nemezis" əməliyyatını xatırlayın. Bu aksiyanın məqsədi Osmanlı imperiyası tərəfindən törədilmədiyi bildirilən qondarma "erməni soyqırımı"nı və guya Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınması idi.

Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi. Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi "Nemezidanın" adından götürülmuşdü.

Perenciyevin fikrini Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi əməkdaşı Rizvan Hüseynov da bölüşür. Onun sözlərinə görə, Roma statusu beynəlxalq müqaviləsi mövcuddur.

"Bu Beynəlxalq Cəza Məhkəməsi müəssisəsi hərbi cinayətlərə görə cəzaları nəzərdə tutur. Lakin bu müqavilə yalnız 2002-ci ildən sonra törədilmiş cinayətlərə şamil olunur. Buna qədərki cinayətlərin heç biri sözügedən müqaviləyə düşmür" — deyə ekspert bildirib.

Hüseynovun sözlərinə görə, əgər söhbət 2002-ci ilə qədər baş vermiş cinayətdən gedirsə, biz, əlbəttə ki, İsrail təcrübəsinə müraciət edə bilərik: "İsrail potensial müharibə cinayətkarlarının təqib edilməsi, ələ keçirilməsi və ittiham olunduğu ölkəyə göndərilməsi ilə məşğul olur. Həmin ölkədə də onu cəzalandırırlar".

(Arayış: İsrailin Mossad kəşfiyyat xidməti 1960-cı ilin mayında "Eyxmanın oğurlanması" əməliyyatını keçirib. Əməliyyat faşist hərbi canisi Adolf Eyxmanın Argentinada ələ keçirilərək gizli şəkildə İsrailə gətirilməsindən ibarət olub. Əməliyyat qeyri-rəsmi şəkildə həyata keçirildiyi üçün Argentina İsraili suverenliyinin pozulmasında günahlandırdı. İsrail əməliyyatın qeyri-qanuniliyini İkinci Dünya Müharibəsi illərində Avropa yəhudilərinin soyqırımına görə birbaşa məsuliyyət daşıyan Eyxmanın cinayətlərinin misilsiz olması ilə izah edirdi".

Öz növbəsində, Milli Məclisin deputatı Rasim Musabəyov Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan çətin, Sarqsyanın ekstradisiyasına və ya onun başqa ölkənin ərazisində cəzalandırılmasına nail olsun: "Azərbaycan tərəfi ümumiyyətlə belə bir addım atmaz. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da vaxtilə öz postunu tərk edib, lakin indiyədək cinayət məsuliyyətinə cəlb olunmayıb".

Deputat bildirib ki, Xocalıdakı qanlı aksiyanın konkret icraçıları var: "O adamlar məsuliyyətə cəlb olunsalar, yaxşı olar. Onların heç bir toxunulmazlığı yoxdur. O cinayətkarların siyahısı Baş Prokurorluqda var. Onlardan hansı birininsə cinayət məsuliyyətinə cəlb olunması barədə eşitmisiniz?".

Xəbər lenti
0