QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Yerevanda ajiotaj: Sarkisyan "Azərbaycan kartı"nı işə saldı

© Sputnik / Ashot SafaryanПроспект Маштоца (22 апреля 2018). Ереван
Проспект Маштоца (22 апреля 2018). Ереван - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın müdafiə naziri təcili mətbuat konfransı çağırdı

BAKI, 23 aprel — Sputnik. "Ermənistanda daxili vəziyyətin gərginləşməsi Azərbaycan tərəfinin təcavüzünə birbaşa yol açır". Sputnik Ermənistan-ın məlumatına görə, bunu Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bu gün keçirdiyi təcili mətbuat konfransında deyib.

"Düşmən Ermənistandakı hadisələrin hər saniyəsini izləyir. Bizim strateji planlaşdırmaya dair açıq sənədlərimizi oxuyun. Hətta hərbi sahədən uzaq olan insanlar belə, başa düşürlər ki, Ermənistanın daxilindəki qeyri-sabitlik düşmənin hər hansı hərəkətlərinə birbaşa yol açır" — deyə nazir bildirib.

O qeyd edib ki, Müdafiə Nazirliyi Kollegiyasının ötən gün bu barədə verdiyi bəyanatı xatırlatmaq məcburiyyətindədir: "Əlbəttə, bu, bizim vətəndaşlarımızı müstəqil qərar qəbul etmək hüququndan məhrum etmir. Biz istənilən şəraitdə ölkəmizin sərhədlərini qorumaqla bağlı vəzifə borcumuzu yerinə yetirməliyik. Lakin biz dövlət qurumu olaraq vətəndaşlarımızı da mümkün nəticələr barədə xəbərdar etməliyik".

Полицейские на площади Республики в Ереване, где происходят акции протеста участников оппозиции - Sputnik Azərbaycan
Ermənistanda etirazların ardı-arası kəsilmir, spiker müxalifət liderinə yalvarır

Sarkisyan hesab edir ki, dövlət idarələrinin işinin sabotaj edilməsi və yolların bağlanması şəraitində (hansı ki, bu, nümayişçilərin qarşısına qoyulan tapşırıqlardan biridir) dövlətin müdafiə funksiyalarının yerinə yetirilməsi daha da çətinləşir: "Hərbi əməliyyatlar zamanı dövlətin hərbi məsələləri dinc yollarla qaydaya salması çox çətin olacaq".

Xatırladaq ki, aprelin 13-dən Ermənistanda eks-prezident Serj Sarqsyanın baş nazir seçilməsinə etirazlar başlayıb. Aprelin 17-də müxalifət ölkədə "məxməri inqilab"ın başladığını elan edib. Buna baxmayaraq, parlament Sarqsyanı baş nazir kürsüsünə oturdub.

Xəbər lenti
0