Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Ermənistandakı etirazlara müdaxilə edəcəkmi - Kremldən cavab

© Sputnik / Alexei Drujinin / Mediabanka keçidVladimir Putin və Serj Sarkisyanın görüşü. Moskva, Kreml, 10 mart 2016-cı il
Vladimir Putin və Serj Sarkisyanın görüşü. Moskva, Kreml, 10 mart 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Kreml: Yerevanda baş verənləri izləyirik, amma müdaxilə etməyə çalışmırıq

BAKI, 23 aprel — Sputnik. "Moskva Yerevanda baş verən hadisələri diqqətlə izləyir, lakin vəziyyətə mane olmağa çalışmır. Çünki bu, Ermənistanın daxili işidir". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə bildirib.

"Biz Ermənistanda baş verənləri çox diqqətlə izləyirik. Ermənistan bizim yaxın müttəfiqimizdir. O ölkələrdəndir ki, bizim munasibətlərimiz durmadan inkişaf edir" — deyə Peskov bildirib. Rusiya prezidentinin mətbuat katibi xatırladıb ki, Ermənistan həm də Avrasiya İqtisadi Birliyinin iştirakçısıdır.

"Moskva bu vəziyyətə müdaxilə etməyə hazırdırmı?" sualına cavabında Peskov soruşub: "Axı Moskva niyə müdaxilə etməlidir?".

"Rusiya Prezidentinin Administrasiyasına Gümrüdəki Rusiya hərbi bazasının hansısa xüsusi rejimə keçməsi və yaxud ümumilikdə, Ermənistanda rus hərbçilərinə hər hansı xitabın ünvanlanması barədə nəsə məlumdurmu?" sualına cavabında isə Peskov bildirib ki, bu suallar ona yox, Müdafiə Nazirliyinə ünvanlanmalıdır.

Никол Пашинян и Валерий Осипян - Sputnik Azərbaycan
Erməni müxalifəti yaxın hədəfinə çatdı

Xatırladaq ki, son günlər Ermənistanı kütləvi etiraz dalğaları bürüyüb. Ötən gün baş nazir Serj Sarqsyanla müxalifətin lideri Nikol Paşinyan arasında uğursuzluqla yekunlaşmış görüşün ardından, polisə nümayişi dağıtmaq əmri verilib.

"Yelk" fraksiyasının və "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan, eləcə də onun fraksiyasının deputatları Ararat Mirzoyan və Sasun Mikaelyan həbs olunub. Bu gün ölkənin aparıcı universitetlərinin tələbələri və hərbçilər nümayişlərə qoşulub.

Bu gün baş nazirin birinci müavini Karen Karapetyan Paşinyanla görüşüb. Sonda Karapetyan Baş Prokurorluğa Paşinyanla bağlı seçilmiş həbs qətimkan tədbirinin ləğvi barədə müraciət edib. Nəticədə Paşinyan sərbəst buraxılıb.

Xəbər lenti
0