Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin ABŞ və müttəfiqlərinin hərəkətlərinə sərt reaksiya verdi: "Bu təcavüzdür"

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidПрезидент РФ В. Путин принял участие в саммите АТЭС
Президент РФ В. Путин принял участие в саммите АТЭС - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti həmçinin başlanan hərbi əməliyyatın humanitar faciəni daha da artıracağını, yeni qaçqın dalğasına səbəb olacağını deyib

BAKI, 14 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin ABŞ, Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsinə münasibətini açıqlayıb.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, Putin bildirib ki, ABŞ və müttəfiqləri BMT Nizamnaməsinə, beynəlxalq hüquqa zidd şəkildə, BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə zərbələr endiriblər.

Putin hadisəni terrora qarşı mübarizənin ön cəbhəsində olan suveren dövlətə qarşı təcavüz aktı adlandırıb və BMT TŞ-nin təcili iclasını çağırdıqlarını deyib.

Rusiya prezidenti həmçinin başlanan hərbi əməliyyatın humanitar faciəni daha da artıracağını, yeni qaçqın dalğasına səbəb olacağını deyib.

Xəbər lenti
0