BAKI, 13 aprel — Sputnik. Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi və hazırkı prezident İlham Əliyev inamlı qələbə qazandı. Seçki ərəfəsindəki prosesləri müşahidə edən ekspertlər o qənaətə gəliblər ki, Azərbaycanda müşahidə edilən siyasi sabitlik beynəlxalq və regional siyasətdəki qeyri-sabitlikliklə uyğun gəlmir.
Ölkəmizdəki cari vəziyyət qiymətləndirilərkən tez-tez Rusiyada keçirilən son prezident seçkiləri və erməni siyasətində tranzit dövrünün tamamlanması ilə paralellər aparılır.
Seçkilərlə bağlı baş verən proseslərin regional siyasətə necə təsir göstərəcəyi barədə 16 aprel saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Cənubi Qafqaz" politoloqlar klubunun 56-cı iclasında bu politoloqlar danışacaqlar:
Oleq Kuznetsov – rusiyalı tarixçi,
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru,
Modertor politoloq İlqar Vəlizadə
Əlaqə üçün:
Ünvan: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.
Telefonlar: 404-13-84/85
e-mail: i.velizade@rian.ru