BAKI, 13 aprel — Sputnik. Rusiyanın Kalininqrad vilayətində, Baltik dənizinin üzərində "KA-29" helikopteri qəzaya uğrayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, helikopterdə iki ekipaj üzvü olub.
Məlumata görə, onlardan birinin cəsədi tapılıb. Helikopterin Rusiya Müdafiə Nazirliyinə məxsus olduğu bildirilir.
Helikopter sahildən 6 kilometr aralıqda təlim uçuşu keçirirmiş. Hazırda xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirirlər.