BAKI, 12 aprel — Sputnik. Hər il aprelin 17-də Ümumdünya Hemofiliya Federasiyası (World Federation of Hemophilia, WFH) və Ümumdünya Səhiyyə Təşkilatının üzvü olan bir çox ölkələrdə Ümumdünya Hemofiliya Günü (World Hemophilia Day) qeyd olunur. Keçirilən tədbirlərin ümumi məqsədi ictimaiyyətin diqqətini hemofiliya probleminə cəlb etmək və müalicə olunmayan bu genetik xəstəliyin daşıyıcısı olan xəsətələrə tibbi yardımın keyfiyyətini mümkün qədər yaxşılaşdırmaqdır.
Bu gün dünyada hemofiliyadan 400 mindən artıq insan əziyyət çəkir. Ölkənin Səhiyyə Nazirliyi qeyd edir ki, Azərbaycan hemofiliyalı xəstələri dövlət hesabına dərmanlarla təchiz edən ölkələrdəndir.
Hər il Azərbaycanda 50-60 hemofiliya xəstə üzərində müxtəlif cərrahiyyə əməliyyatları aparılır.
Ölkəmizdə hemofiliyalı xəstələrin müalicəsinin necə təşkil olunduğu barədə 17 aprel saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova və Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova danışacaqlar.
Əlaqə üçün:
Ünvan: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.
Telefonlar: 404-13-84/85
e-mail: i.velizade@rian.ru