Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı deputat rusiyalı həmkarlarını etikanı pozmaqda günahlandırdı

© Sputnik / Talekh MakhmudovMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat deyib ki, Azərbaycan beynəlxalq aləmin Rusiyaya qarşı ədalətsiz münasibətini görəndə, Rusiyanı dəstəkləyir

BAKI, 10 aprel — Sputnik. Azərbaycan və Rusiya strateji tərəfdaşdır, lakin iki ölkə arasındakı münasibətlər daha dərindir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli Rusiya KİV-lərinin nümayəndələri ilə görüşü zamanı deyib.

"Bizim münasibətlərimiz ən yüksək səviyyədədir. Biz strateji tərəfdaşıq. Lakin münasibətlərimizin mahiyyəti daha dərindir" — deyə Hüseynli bildirib.

O qeyd edib ki, iki dövlətin başçılarının şəxsi dostluğu, hakimiyyət komandaları və iki xalqın xüsusi siyasi mədəniyyəti sayəsində daha dərin və etimada əsaslanan münasibətlərin qurulması mümkün olub. 

Sahib Alıyev - Sputnik Azərbaycan
Millət vəkili: “Gürcüstanda əmin-amanlığın olmasında Azərbaycanın rolu var”

Deputatın sözlərinə görə, münasibətlərin belə yüksək səviyyədə olması parlamentlərarası formatda əməkdaşlığın da səviyyəsinə təsir göstərir, iki ölkənin parlament üzvləri arasında müxtəlif beynəlxalq təşkilatlarda da əməkdaşlıq qurulur. Lakin Əli Hüseynov hesab edir ki, bundan daha artığını da etmək mümkündür.

Bununla belə, Hüseynov Rusiya Dövlət Dumasının bir sıra üzvlərinin Azərbaycan və onun rəhbərliyi əleyhinə səsləndirdiyi neqativ fikirlərə də təəssüf etdiyini bildirib.

O, misal olaraq Konstantin Zatulinin Azərbaycan preidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında azərbaycanlıların hazırda Ermənistan ərazisində olan tarixi torpaqlarına geri qayıtmasının Azərbaycanın strateji məqsədi olduğu barədə dediyi sözlərə verdiyi şərhləri göstərib. 

Moskva Kremli - Sputnik Azərbaycan
ABŞ-ın sanksiyalarına Rusiyadan cavab: “Qara siyahı” genişlənir

Dostluq qrupunun rəhbərinin fikrincə, dost dövlətlərin başçılarının bəyanatları, deputat etika və səlahiyyətləri çərçivəsində şərh edilməlidir: "Parlamentarilərin qarşısında duran əsas məsələ artıq mövcud olan münasibətlərin səviyyəsini dəstəkləməkdir".

Hüseynli qeyd edib ki, Bakı müxtəlif situasiyalarda və müxtəlif təşkilatlarda Rusiyaya qarşı ədalətsiz münasibət bəslənəndə, Rusiyanı dəstəkləyib.

"Bir neçə il əvvəl Rusiyaya qarşı sanksiyalar tətbiq olunanda, biz birmənalı mövqe nümayiş etdirərək RF ilə iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirdik. Bu gün biz "Skripalın işi" ilə əlaqəli təbliğat şousunu görürük. Səbəb nədir, bilmirəm, amma biz bunu qeyri-ciddi sayırıq" — deyə parlamentlərarası dostluq qrupunun rəhbəri bildirib.

Parlamentarinin sözlərinə görə, Rusya Federasiyasına qarşı sanksiyaları və diplomatların ölkədən çıxarılmasını müşahidə edəndə başa düşülür ki, bu, yeni təxribatların başlanğıcıdır.

Hüseynli qeyd edib ki, Azərbaycan bu məsələdə Rusiyanı dəstəkləyir, çünki Moskvanın bu kimi siyasi məsələlərini həm də Bakının problemi kimi qəbul edir.

"Biz regionda sülh və təhlükəsizlik naminə də əməkdaşlıq edirik. Xəzər regionunda həyata keçirilən tədbirlər sülhə xidmət edir. Bununla yanaşı, Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır. Onlar Rusiya Federasiyasının vətəndaşları olaraq bu ölkədə sabitliyi dəstəkləyirlər və biz də bu məsələdə öz həmvətənlərimizi dəstəkləyirik" — deyə o, bildirib.

Parlamentlərarası dostluq qrupunun üzvü, deputat Mixail Zabelin isə öz növbəsində deyib ki, Sovet İttifaqının dağılmasından sonra Azərbaycan İttifaqın bir sıra digər respublikalarının yolunu tutmadı. 

Московский Кремль - Sputnik Azərbaycan
RUSİYA
Kremldən rublun çökməsi ilə bağlı rəsmi açıqlama

"SSRİ-i dövründə formalaşmış bütün ənənələr qorundu, Azərbaycan və rus xalqları üçün qiymətli olan "9 may", "8 mart" kimi bayramlar qorunub saxlandı, ölkədə rus dilinin öyrənilməsi daha da gücləndi, Azərbaycan pravoslav kilsəsini dəstəkləyir, milliyyətçi tendensiyaları qınayır" — deyə o, bildirib.

Deputat qeyd edib ki, Azərbaycandan fərqli olaraq, Ermənistanda rus dilində təhsil verən məktəblər demək olar, yoxdur, erməni millətindən olan şəxslərə isə rus dilində təhsil almaq qadağandır.

"Bizim Rusiya ilə münasibətlərimizdə neqativ məqamlar yoxdur. Mövcud məsələlər hər zaman həllini tapıb, münasibətlərin gərginləşməsinə bəhanə verilməyib" — deyə Zabelin əlavə edib.

Xəbər lenti
0