Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-dan Türkiyəyə gözlənilməz anti-Rusiya təklifi

© AFP 2024 / JANEK SKARZYNSKI Военные США устанавливают систему ПРО Patriot на полигоне в польском городе Сохачев
Военные США устанавливают систему ПРО Patriot на полигоне в польском городе Сохачев - Sputnik Azərbaycan
Abunə olmaq
Vaşinqton Ankaraya havadan müdafiə sisteminin birgə istehsalını təklif edib

BAKI, 6 aprel — Sputnik. Türkiyənin Rusiya ilə imzaladığı "S-400" zenit-raket kompleksinə qarşı ABŞ-dan rəsmi Ankaraya gözlənilməz təklif gəlib. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin (DD) təmsilçisi Tina Kaidanov ötən həftə Ankaraya səfər edib.

Donald Tramp - Sputnik Azərbaycan
Vaşinqtonda Rusiya və Türkiyəni qəzəbləndirəcək qərar qəbul olundu

O, bu gün ABŞ-ın təklifi ilə bağlı maraqlı detalları açıqlayıb. Belə ki, Amerika tərəfi "Patriot" havadan müdafiə sisteminin Türkiyəyə satışı ilə bağlı yeni qiymət təklif edib. Bununla yanaşı, Ankaraya "Niyyət protokolu"nun layihəsi də təqdim edilib. Layihədə raket hücumundan müdafiə sistemi məsələsində birgə istehsal və birgə inkişaf üsullarından bəhs edilir.

Tina Kaidanov "S-400" ilə bağlı ABŞ-ın narahatlığını açıq dilə gətirib: "Türkiyənin hava sahəsinin müdafiəsini inkişaf etdirmək istəməsini anlayır və təqdir edirik. Ancaq bütün NATO ölkələri NATO sistemləri ilə çalışa bilən hərbi təchizata malik olmalıdır. Bir rus sistemi bu standarta cavab vermir".

"Bu cür anlaşma, eyni zamanda NATO-nun Varşava Sammitində verdiyi qərara da uyğun gəlmir. Həmin qərarda bildirilir ki, Rusiya istehsalı olan hərbi təchizata asılılıqdan uzaqlaşmaq lazımdır", — amerikalı rəsmi bildirib.

DD təmsilçisi əlavə edib ki, ABŞ Dövlət Departamenti yeni qəbul edilmiş "ABŞ əleyhdarlarına sanksiyalar vasitəsilə müqavimət" (CAATSA) qanununun tətbiqinə də çox önəm verilir: "Həmin qanunda siyahıda yer alan Rusiya təşkilatları ilə müdafiəyə dair alqı-satqı etməkdən imtina etmələri istiqamətində Türkiyə hökumətinə təzyiq göstərməyə davam edirik".

Xəbər lenti
0