BAKI, 5 aprel — Sputnik. Bu il may ayının ortalarında "Tropikano" Biznes Mərkəzinin əmlakı satışa çıxarılacaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Müflis Olma Haqqında Federal Reyestrin saytında qeyd olunub.
Moskvanın mərkəzində, Krasnaya Presnya küçəsində yerləşən 15400 kvadratmetrlik ticarət mərkəzinin binası "Tropikano"ya məxsusdur. Hazırda ticarət mərkəzinin ən əsas icarədarı "Detskiy Mir" (Uşaq aləmi) mağazasıdır.
Xatırladaq ki, "Tropikano" Biznes Mərkəzi əvvəllər azərbaycanlı iş adamı Telman İsmayılovun "AST Şirkətlər Qrup"una aid olub. 2015-ci ilin dekabrında məhkəmə İsmayılovun müflis olduğunu elan edib.
Ötən il isə T.İsmayılov bisnesmen Vladimir Savkinin və "Lyublino-motors" şirkətinin təsisçisi Yuri Brilevin qətlinin sifarişçisi olmaqda ittiham olunub.