Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rus səfirin qətli ilə bağlı yeni təfərrüat ortaya çıxdı

© AP Photo / Alexander ZemlianichenkoKarlovun qətli
Karlovun qətli - Sputnik Azərbaycan
Abunə olmaq
Təşkilatın şifrəli kommunikasiya proqramı olan ByLock-dan istifadə etdiyi müəyyənləşdirilən şübhəlinin sorğusunun davam etdiyi bildirilir

BAKI, 5 aprel — Sputnik. Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı qatilin silahdaşı olduğu müəyyən edilən şəxs saxlanılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Karlovun qatili Mevlut Mert Altıntaşın FETÖ içində "böyük qardaş" hesab edilən Ş.S. həbs edilib.

Təşkilatın şifrəli kommunikasiya proqramı olan "ByLock"dan istifadə etdiyi müəyyənləşdirilən şübhəlinin sorğusunun davam etdiyi bildirilir.

Prokurorluq təşkilatda xüsusi yer alan və "Ahmet" kodundan istifadə edən Ş.S-nin Altıntaşın e-maillərini silən adam olduğunu hesab edir. 

Вооруженный мужчина, застреливший посла РФ в Турции Андрея Карлова - Sputnik Azərbaycan
RUSİYA
Türkiyədə "Andrey Karlov müəmması" çözülür: ruslar şifrəni qırdı

İnformasiya Texnologiyaları və Əlaqələr İdarəsindəki işindən çıxarılan şübhəlinin Altıntaşın radikallaşmasında təsiri olduğu, təşkilatın təlimatlarını Altıntaşa çatdırdığı və onun fəaliyyətini tənzimlədiyi bildirilir.

Xatırladaq ki, Rusiyanın Ankaradakı səfiri Karlov ötən il dekabrın 19-da Ankarada iştirak etdiyi bir sərgidə öldürülmüşdü. Səfirin qatili Mevlut Mert Altıntaş da polis tərəfindən öldürülmüşdü.

Cinayətlə bağlı sərginin təşkilatçısı Mustafa Timur Özkan, "Guru Medya Yayın Qrupu"nun rəhbəri Xeyrəddin Aydınbaş və 3-ü polis olmaqla 7 nəfər həbs edilib.

Xəbər lenti
0