BAKI, 29 mart — Sputnik. Rusiyanın Kemerovo vilayətində Xantı-Mansiyskin uşaq voleybol komandasını daşıyan xüsusi avtobus yanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə nəticəsində zərərçəkən olmayıb.
Avtobusun mühərrik hissəsində olan yanğın söndürülüb. Məlumata görə, avtobusda 11 uşaq və iki böyük olub. Onların arxasınca digər avtobus gələrək, komandanı təyinat yerinə aparıb.