BAKI, 27 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putin Kemerovo faciəsi ilə bağlı 28 martı matəm günü elan edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
© Ruptly
Qeyd edək ki, bazar günü Kemerovo şəhərində 4 mərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın baş verib. Yanğın zamanı 41-i uşaq olmaqla 64 nəfər dünyasını dəyişib.
Hazırda xəstəxanalarda 13 nəfər müalicə alır. Onları çoxu dəm qazından zəhərlənib. Yanğın hadisəsi ilə bağlı artıq bir neçə nəfər həbs edilib.