Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya böyük sui-qəsd faktının gizlinlərini ortaya çıxardı

© REUTERS / Peter NichollsТабличка с предпреждением у ресторана, где были отравлены Сергей и Юлия Скрипали
Табличка с предпреждением у ресторана, где были отравлены Сергей и Юлия Скрипали - Sputnik Azərbaycan
Abunə olmaq
İqor Rıbalçenko: "Keçmiş kəşfiyyatçını zəhərləyən sinir qazı ABŞ-da istehsal olunur"

BAKI, 27 mart — Sputnik. "Keçmiş kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsinə səbəb olan "A-234" kimyəvi sinir qazı Amerikada təkmilləşmiş formada istehsal olunur". Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan
Rusiya hədələdi: Hər bir ölkənin cavabı veriləcək

"Amerika Birləşmiş Ştatları "A-234" kimyəvi maddəsini daha da təkmilləşdirir. Əlimizdə bunu sübut edəcək ciddi faktlar var" — MN-in Kimya və Analitik Nəzarət Laboratoriyasının rəhbəri İqor Rıbalçenko deyib.

Onun sözlərinə görə, bu maddə, hətta ABŞ ordusunun inventarında da var.

Qeyd edək ki, rusiyalı keçmiş kəşfiyyatçı Sergey Skripal və qızının İngiltərədə kimyəvi sinir qazı ilə zəhərlənməsindən sonra Böyük Britaniya ilə Rusiya arasında diplomatik qalmaqal başlayıb. Rəsmi London sui-qəsdin arxasında Kremlin durduğunu iddia etsə də Moskva bu iddianı rədd edir.

Onu da xatırladaq ki, sözügedən hadisə ilə əlaqədar dünən Avropa Birliyinin 16 ölkəsi, eləcə də ABŞ, Kanada, Norveç, Albaniya və Ukrayna rusiyalı diplomatların ölkədən çıxarılacağını elan edib. Rəsmi Moskva isə həmin ölkələrə qarşı adekvat addımların atılacağını bəyan edib.

Xəbər lenti
0