BAKI, 21 mart — Sputnik. Rusiyanın Kurqan vilayətində məktəbli qız pnevmatik tapançadan atəş açıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, insident Şadrinsk şəhəri 15 saylı məktəbdə baş verib. Atəş açan 13 yaşlı qızdır. Tapança onun atasına məxsusdur. Atəş nətixəsində 7-ci sinfin yeddi nəfər şagirdi xəsarət alıb.
Hadisə yerinə təcili yardım maşını gəlib. Yalnız bir nəfər xəstəxanaya aparılası olub.
Hazırda hadisə yerində istintaq qrupu işləyir və insidentin səbəbləri aydınlaşdırılır.