BAKI, 18 mart — Sputnik. Rusiya paytaxtının şimalında zərgərlik dükanına basqın etməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.
Xatırladaq ki, martın 15-də axşam saatlarında naməlum şəxslər Moskvanın Leninqrad prospekti 69 ünvanında yerləşən zərgərlik dükanını soyublar. Mağazadakıları hədələyən quldurlar 50 milyon rubl (təxminən 1 mln dollar) dəyərində daş-qaş aparıblar. Hadisə ilə bağlı cinayət işi açılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, hüquq-mühafizə orqanlarındakı mənbə saxlanılan soyğunçuların Azərbaycan vətəndaşları olduğunu bildirib.
"Hazırda iki nəfər Azərbaycan vətəndaşı bu işlə bağlı saxlanılıb. Dəstənin digər üzvləri axtarılır" — mənbə qeyd edib.