Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva Londona qarşı əks-hücuma keçir, qərar Putinin masasında

© Sputnik / Kirill kalinnikov / Mediabanka keçidMoskvada Kreml
Moskvada Kreml - Sputnik Azərbaycan
Abunə olmaq
İngilislərə qarşı "ABŞ ssenarisi" reallaşa bilər

BAKI, 15 mart — Sputnik. Böyük Britaniyadan 23 rus diplomatın çıxarılmasına Moskvanın cavabı özünü çox gözlətməyib. Sputnik Azərbaycan "The Guardian"a istinadən xəbər verir ki, Kreml Londona qarşı oxşar addımı atmağa hazırlaşır.

Rusiyanın Londondakı səfirliyinin binası - Sputnik Azərbaycan
Avropada böyük diplomatik qalmaqal

Rusiyanın diplomatik dairələrindəki mənbələrdən əldə edilən məlumata görə, Britaniyanın Moskvadakı diplomatlarının bir hissəsi ölkədən çıxarılacaq. Hökumətin hazırladığı təklifin prezident Putinin masasında olduğu bildirilir.

Hətta iddia olunur ki, ingilislərə qarşı "ABŞ ssenarisi" reallaşa bilər. Yəni Rusiyadan çıxması tələb olunan britaniyalı diplomatların sayı 23-dən çox ola bilər.

Xatırladaq ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində — Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla bağlı Rusiyaya qarşı cavab addımlarını açıqlayıb. Bunu baş nazir Tereza Mey parlamentdəki çıxışı zamanı bildirib.

O bildirib ki, hadisəyə cavab olaraq Rusiyaya qarşı bir sıra tədbirlər həyata keçiriləcək. Baş nazirin bildirdiyinə görə, artıq Rusiya diplomatlarının bir hissəsinin ölkədən çıxarılmasına başlanılıb. İlk mərhələdə 23 diplomat geriyə göndəriləcək.

Mey deyib: "Rusiya bu əmələ görə cavab verməlidir. Biz onlara izahat üçün vaxt verdik. Onlar bu kimyəvi məhlulun Böyük Britaniya ərazisinə necə gəlib çıxdığını izah edə bilərdilər. Amma əvəzində ittihamları inkar etməklə kifayətləndilər".

Britaniya hökumətinin başçısı Rusiya ilə bütün ikitərəfli təmasları dayandırdıqlarını bildirib. O, Britaniyanın yüksək vəzifəli məmurlarınını və kral ailəsinin Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında iştirak etməyəcəklərini bəyan edib.

Автомобиль полиции перед зданием посольства РФ в Лондоне, 14 марта 2018 года - Sputnik Azərbaycan
Britaniyadan Rusiyaya qarşı radikal addım

Mey sanksiyalarla bağlı qanunvericiliyə düzəlişlər təklif edəcəklərini söyləyib. O, hadisə barədə BMT və NATO-da məsələ qaldıracaqlarını də əlavə edib. Meyin fikirlərini Britaniya parlamentariləri də dəstəkləyib. Onlar qeyd ediblər ki, Rusiyanın Britaniyada "kimyəvi silahdan istifadəsi"ni və digər hərəkətlərini dayandırmaq lazımdır. Parlamentarilər NATO-nun Rusiyaya qarşı konkret addımlar atmasınını vaxtının çatdığını qeyd ediblər. Onların sözlərinə görə, Rusiyanın addımları BMT-nin müzakirəsinə çıxarılmalıdır.

"Başqa dövlətin ərazisində kimyəvi maddələrdən istifadə təkcə Britaniyaya qarşı deyil, eləcə də beynəlxalq hüquq və normativlərə ziddir" — deyə parlamentarilər bildiriblər.

Onlar rəsmi Moskvaya qarşı tədbirlərin sərtləşdirilməsini təklif ediblər.

Xəbər lenti
0