BAKI, 13 mart — Sputnik. Sosial şəbəkələrdə Dağıstan polisinin maşınına yol verməyən uşağı vəhşicəsinə döydüyü videokadrlar yayımlanıb. Bundan sonra Daxili İşlər Nazirliyi uşağı döyən polislə bağlı ölçü götürüb. Dağıstan Respublikası DİN Baş İdarəsindən RİA Novosti-yə verilən məlumata görə, sözügedən polis əməkdaşına töhmət verilib.
Sosial şəbəkələrdə yayılan videokadrlardan görünür ki, minik maşının gəldiyini fərq eləməyən üç uşaqdan biri ehmaca yolu keçir. Sürücü maşını saxlayır və qabaqda əyləşən sərnişin uşağa nəsə deyir. Onunla uşaq arasında söz mübahisəsi başlayır. Bundan sonrakı kadrda polis formasında olan şəxs uşağı döyə-döyə maşına tərəf gətirir, qapını açaraq, onu üzü üstə maşına yıxır. Sonra isə rahat buraxır.
"Xidməti yoxlama aparılıb və nəticədə polis əməkdaşına vətəndaşla kobud rəftar etdiyinə və ona qarşı qaba davrandığına görə töhmət şəklində intizam cəzası verilib" — deyə DİN nümayəndəsi bildirib.