Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sui-qəsd pərdəsi qalxır, ipin ucu italyan restoranına aparır

© REUTERS / Peter NichollsLondon polisi araşdırma zamanı
London polisi araşdırma zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
London Prokurorluğu hadisənin ətraflı araşdırılacağını açıqlayıb

BAKI, 12 mart — Sputnik. Ötən həftə Londonda qızı ilə birlikdə küçənin ortasında huşsuz vəziyyətdə tapılan, hazırda xəstəxanada koma halında olan Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Skripal haqqında maraqlı fakt üzə çıxıb. Sputnik Azərbaycan bu barədə BBC-yə istinadən xəbər verir.

Məlumata görə, keçmiş agent və qızının komaya düşmələrinə səbəb Londondakı "Zizzi" adlı italiyan restoranında yedikləri yemək olub. İngiltərə polisindən bildirilib ki, onların yeməyinə sinirləri iflic edən kimyəvi qaz əlavə edilib.

Zərərli maddə onlara 2 saat sonra təsir göstərib. Skripal və qızı alış-veriş mərkəzinin qarşısında anidən yerə yıxılıblar. Təcili xəstəxanaya yerləşdirilən agent və qızının həyati təhlükəsi davam edir.

London Prokurorluğu hadisənin ətraflı araşdırılacağını açıqlayıb.

Xəbər lenti
0