8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadınların daha çox zərbə almış qruplarının, əsasən, məişət zorakılığından qaynaqlanan sosial travmadan sonra normal həyata adaptasiyası ilə bağlı ictimai müzakirələr daha aktuallaşır.
Zorakılığa məruz qalmış qadınların sosial adaptasiyasına həsr olunmuş belə müzakirələrdən biri martın 7-də saat 12.00-da Sputnik Azərbaycan multimedia mərkəzində keçiriləcək. Müzakirədə vətəndaş cəmiyyətinin tanınmış fəalları və ekspertlər bu problemə öz baxışlarını açıqlayacaqlar və təcrübələrini bölüşəcəklər.
Əlaqə: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə
Telefonlar: 404-13-84/85
e-mail: i.velizade@rian.ru