BAKI, 1 mart — Sputnik. "MDB ölkələri öz aralarındakı geosiyasi oyunlardan çəkinsin. Bunun nəticəsi yaxşı olmayacaq".
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı deyib.
Karasin qeyd edib ki, Qazaxıstan və Rusiya bölgədə nəticəsi hamı üçün mənfi olacaq geosiyasi oyunların qarşısını ala bilər: "Bu iki dövlət regionda postsovet məkanında, heç kəsə xeyir verməyəcək geosiyasi oyunların qarşısını almaq üçün çox şey edə bilər. Yaxın Şərq və Afrika göz qabağındadır".
Nazir müavininin sözlərinə görə, təkcə MDB yox, AİB, KTMT, ŞƏT üzvləri arasında da anlaşılmazlıq və rəqabətin təhlükəli amilləri yaradılmağa çalışılır.
Qriqori Karasin əlavə edib ki, Rusiya ilə tərəfdaşlığa və ittifaqa sadiq qalmağa davam edənlərin hamısına Rusiyaya qarşı sanksiyalardan təhdid aləti kimi istifadə edirlər.