BAKI, 1 mart — Sputnik. 1992-ci il martın 1-də MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, marşal Yevgeni Şapoşnikovun əmri ilə keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının Xankəndi (Stepanakert) şəhərindən çıxarılmasına başlanıb.
Xocalı qətliamında iştirak etmiş alayın, əslində bütün hərbi texnikası bundan öncə ermənilərin əlinə keçmişdi.
Alayın erməni əsilli hərbi qulluqçuları (təxminən 100 nəfər) də Xankəndidə qaldı, qalan şəxsi heyət Tbilisiyə köçürüldü və bundan sonra alay rəsmən ləğv edildi.