QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanlı nazir BMT tribunasında sərt danışdı: "Xalqın etimadı sarsılıb"

© REUTERS / Denis BalibouseBMT-nin Cenevrədəki mənzil-qərargahı
BMT-nin Cenevrədəki mənzil-qərargahı - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Məmmədyarov: "Demokratiyanın möhkəmlənməsi, insan hüquqlarının qorunması Azərbaycanın ən vacib prioritetləri sırasındadır"

BAKI, 27 fevral — Sputnik. "Demokratiyanın möhkəmlənməsi və insan hüquqlarının qorunması Azərbaycan Respublikasının ən vacib prioritetləri sırasındadır. Hökumət bütün insan hüquqlarından və əsas azadlıqlardan tam yararlanmaları üçün Azərbaycan vətəndaşlarına zəruri şəraitin yaradılması istiqamətində genişmiqyaslı proqramlar həyata keçirir".

Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxışı zamanı söyləyib. O bildirib ki, təhsil dövlətin daxili siyasətində ən prioritet sahədir.

Эльмар Мамедъяров, министр иностранных дел Азербайджана - Sputnik Azərbaycan
SİYASƏT
Elmar Məmmədyarov Cenevrəyə gedib

"Çünki yaxşı təhsilli cəmiyyət uğurlu və davamlı inkişafın zəmanətlərindən biridir. Hər il 5 milyondan çox insan – ölkə əhalisinin yarısı – dövlət büdcəsindən tam maliyyələşməklə tibbi yoxlamadan keçir. Azərbaycan hələ 1918-ci ildə müsəlman Şərqində qadınları səs vermək hüququ ilə təmin etmiş ilk ölkədir. Azərbaycan gender bərabərliyini təmin etməyə, ictimai və sosial həyatda qadınların rolunun artırılmasına çalışır. Misal üçün, Azərbaycan Xarici İşlər Nazirliyinin heyət üzvlərinin 52 faizi qadınlardır. Azərbaycan əhalisinin təqribən 80 faizinin informasiya, media-kommunikasiya, ideya və fikirlərin azad axını üçün ən əlverişli və praktik vasitə olmuş internetə maneəsiz giriş imkanı var" — Məmmədyarov qeyd edib.

XİN başçısının sözlərinə görə, cinayət hüququ sistemində də beynəlxalq insan hüquqları standartlarına tam uyğun olması məqsədilə islahatlar aparılıb: "Bu sahədə ən son hadisələrdən biri cəza siyasətinin humanistləşdirilməsində və cəza sahəsində hüquqi islahatların aparılmasını hədəfləmiş Azərbaycan Respublikası Prezidentinin 2017-ci il tarixli Sərəncamıdır. Azərbaycan dünyanın tanınmış multikultural mərkəzlərindən biridir. Bütün etnik və dini icmalar Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycan mədəniyyətlərarası dialoqun möhkəmlənməsini hədəfləmiş bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olaraq Azərbaycan 2008-ci ildə əsas məqsədi müsəlman dünyası və Avropa arasında dialoqu, tərəfdaşlığı və əməkdaşlığı möhkəmləndirmək olan "Bakı Prosesi"nə başladı".

© Photo : AR XİN mətbuat xidmətiAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxış edir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxış edir - Sputnik Azərbaycan
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxış edir

"Azərbaycan inkişaf hüququna böyük əhəmiyyət verir. Azərbaycan, xüsusilə Heydər Əliyev Fondu və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə beynəlxalq inkişaf təşəbbüslərində fəal iştirak edir. Azərbaycan İnsan Hüquqları Şurasının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini tam dəstəkləyir. Şuranın tənbeh üçün platforma kimi deyil, öz səlahiyyətini etibarlı və həssas qlobal insan hüquqları qurumu kimi möhkəmləndirməsi məqsədilə onun fəaliyyətini müəyyən edən əsas anlayışlar "dialoq", "əməkdaşlıq" və "yardım" olmalıdır" — nazir vurğulayıb.

"Biz BMT-nin insan hüquqları üzrə müqavilə orqanları ilə əməkdaşlığa sadiqik. Keçək il Azərbaycan insan hüquqları üzrə ali komissar tərəfindən müqavilə orqanlarına tam hesabat verməkdə 33 üzv dövlətdən biri adına layiq görülüb" — deyən Elmar Məmmədyarov çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb.

O bildirib ki, Ermənistanın silahlı təcavüzünün nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi 25 ildən çoxdur işğal altındadır: "Bir milyondan çox azərbaycanlı etnik təmizlənməyə məruz qalıb və doğma yurd-yuvalarını tərk edərək öz vətənlərində qaçqın və məcburi köçkün olmağa məcbur ediliblər. Bu gün Azərbaycan 1,2 milyon qaçqın və məcburi köçkünə sahib olaraq 10 milyonluq əhalisi ilə adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə dünyada ən yüksək göstəricilər sırasında qərarlaşıb".

© Photo : AR XİN mətbuat xidmətiAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxış edir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxış edir  - Sputnik Azərbaycan
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxış edir

XİN rəhbəri diqqətə çatdırıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq edən və işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini və digər beynəlxalq təşkilatların aidiyyəti sənədlərini inkar etməklə Azərbaycan ərazilərinin işğalını davam etdirir: "Fevralın 26-da Ermənistan tərəfindən törədilmiş və bunun nəticəsi olaraq 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunda kiçik şəhərin 613 sakininin qətlə yetirildiyi Xocalı soyqırımının 26-cı ildönümü yad edildi. 1992-ci ildə törədilmiş bu soyqırımının nəticələri açıqca göstərdi ki, Xocalıdakı kütləvi qırğınlar təsadüfi hərəkətlər deyil, 1988-ci ildən bəri Ermənistanın sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Təəssüflər olsun ki, bu cür ağır cinayətlərə görə məsuliyyət daşıyanlar hələ də cəzalandırılmayıb və hələ də ədalət mühakiməsi qarşısına çıxarılmayıb".

"Beynəlxalq ictimaiyyətin Azərbaycanda törədilmiş insanlıq əleyhinə cinayətlərə münasibətdə səssizliyindən cəsarətlənərək Ermənistan azərbaycanlı qaçqın və məcburi köçkünlərin əsas insan hüquqlarını pozmaqda davam edir. Buna görə də biz BMT-nin İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin insan hüquqları üzrə ali komissarını BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamə və qərarlarına uyğun olaraq azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş insan hüquqlarının səmərəli müdafiəsini qəti surətdə təmin etməyə çağırırıq. Davamlı genişmiqyaslı insan hüquqları pozuntuları Azərbaycan xalqının beynəlxalq hüququn aliliyinə və BMT-nin insan hüquqları mexanizminin səmərəliliyinə etimadını möhkəm sarsıdıb" — deyə Məmmədyarov əlavə edib.

Xəbər lenti
0