Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada ciddi narahatlıq yaşanır

© REUTERS / Bassam Khabieh21 fevral 2018-ci il tarixində Şam yaxınlığında, Suriyanın şərqindəki Qouta şəhərində qalxan duman
21 fevral 2018-ci il tarixində Şam yaxınlığında, Suriyanın şərqindəki Qouta şəhərində qalxan duman - Sputnik Azərbaycan
Abunə olmaq
"Vaşinqtonda anti-Rusiya əhval-ruhiyyəsi və rəsmi Dəməşqə qarşı gücdən istifadə təhdidləri çoxalıb"

BAKI, 26 fevral — Sputnik. "Suriya rejiminə qarşı hərbi gücdən istifadə təhdidləri artıb. Biz bundan çox narahatıq".

Sputnik xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərin suallarını cavablandırarkən deyib. O, əgər belə bir hücum olarsa, BMT-nin 2401 saylı qətnaməsinin pozulacağını söyləyib.

"Çox narahatıq. Vaşinqtonda anti-Rusiya əhval-ruhiyyəsi və rəsmi Dəməşqə qarşı gücdən istifadə təhdidləri çoxalıb. Əgər Suriya hökumətinə qarşı hücum təhdidləri reallığa çevrilsə, BMT-nin 2401 saylı qətnaməsi pozulacaq", — Ryabkov bildirib.

Qeyd edək ki, Bəşər Əsədə bağlı ordu qüvvələrinin paytaxt Dəməşqə yaxın Şərqi Quta bölgəsində mülki əhaliyə qarşı hücumlar həyata keçirməsi beynəlxalq aləmdə ciddi etiraza səbəb olub. ABŞ başda olmaqla, Qərb bloku Suriya rejiminə qarşı hər an müdaxilə edilə biləcəyini bəyan edib.

Xəbər lenti
0