QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mübariz Mənsimov: "Xocalı sakinləri Azərbaycan vətəndaşı olduqları üçün öldürülməyiblər"

© Photo : Facebook / MubarizMensimov"Palmali Holding"in rəhbəri Mübariz Mənsimov
Palmali Holdingin rəhbəri Mübariz Mənsimov - Sputnik Azərbaycan
Abunə olmaq
"Xocalı faciəsi təkcə Azərbaycan türklərinin deyil, özünü türk hesab edən hər bir şəxsin problemidir"

BAKI, 26 fevral — Sputnik. "Palmali" şirkətlər qrupunun prezidenti, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov Xocalı soyqırımı barədə danışıb. O, Xocalının özünü türk hesab edən hər bir şəxsin problemi olduğunu qeyd edib.

Qazax rayonunda maraqlı yenilik - Sputnik Azərbaycan
VİDEO
Qazax rayonunda maraqlı təşəbbüs

Sputnik Azərbaycan DHA-ya istinadən xəbər verir ki, Mənsimov ermənilərin Xocalıdakı insanları türk olduqları üçün öldürdüyünü, hətta bu faktın düşmənlərimiz tərəfindən təsdiq edildiyini vurğulayıb: "Bu, qətliam deyil, soyqırımdır. Çünki insanların məqsədli şəkildə milliyyətinə görə öldürülməsi soyqırımıdır".

"Orada bu vəhşiliyi törədən ermənilərin bəziləri insanları türk olduqları üçün öldürdüklərini təsdiqləyirlər. Diqqət yetirin, dinc insanlar Azərbaycan vətəndaşı olduqları üçün deyil, məhz türk olduqları üçün qətl ediliblər. Bu səbəbdən Xocalı faciəsi təkcə Azərbaycan türklərinin deyil, özünü türk hesab edən hər bir şəxsin problemidir", — Mübariz Mənsimov deyib.

Hollandiyanın qondarma "erməni soyqırımı"nı tanımasını sərt tənqid edən iş adamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə tarixi arxivlərin açılmasına cəhd etdiyini, lakin Ermənistanın öz mənafeyi naminə buna razı olmadığını qeyd edib: "Rəsmi İrəvan tarixçilərin birgə komissiya yaradaraq araşdırma aparmasını istəmir".

"Çünki Birinci Dünya Müharibəsi dövründə ermənilər Anadoluda, həmçinin Azərbaycanın tarixi torpaqları olan Zəngəzur və Göyçədə, eləcə də Qarabağda qətliamlar törədiblər. 1980-ci illərin sonlarından etibarən onlar Azərbaycana dəfələrlə hücum edib, dinc insanları xüsusi amansızlıqla öldürüblər. 26 fevral 1992-ci ildə ermənilər Xocalı soyqırımını törədiblər. Hollandiya parlamentini birtərəfli münasibətə son qoyub, ədalətli və bitərəf mövqe tutmağa səsləyirəm", — iş adamı vurğulayıb.

Xəbər lenti
0