“Bu faciə təkcə Azərbaycan xalqının faciəsi deyil. Son illər “Justice for Khojali!” layihəsi çərçivəsində böyük işlər görülüb. Hər il yüzlərlə ölkədə faciə ilə bağlı tədbirlər keçirilir. Ancaq onu qeyd edim ki, faciənin 20-ci ildönümündə ermənilər tərəfindən kəskin reaksiyalar var idi. Onlar iddia edirdilər ki, bu hadisələrin günahkarı Azərbaycanın o vaxtkı hakimiyyətidir, həmçinin şəhərin özündə heç bir cinayətin törədilmədiyini söyləyirdilər”.
Ekspert bildirir ki, Ermənistanın indiki prezidenti Serj Sarkisyan 1993-cü ildə ingilis jurnalistinə verdiyi müsahibədə fəxlə deyirdi ki, biz azərbaycanlılara qarşı bunu etməklə, müki vətəndaşlara əl qaldırmaqla streotipləri dağıtdıq.
“Zənnimcə hadisənin dünya ictimaiyyətinə daha yaxşı çatdırmaq üçün müxtəlif dillərdə dolğun məlumatlar, videolar hazırlanıb informasiya mənbəyi olan saytlarda yerləşdirilməlidir”, — deyə o bildirib.
Qeyd edək ki, bu il Xocalı faciəsinin 26-ci ildönümüdür.