Mübariz Əhmədoğlu: “Beynəlxalq ictimaiyyət Xocalıda soyqırım olduğunu başa düşəcək”
“Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri Xocalıda yaşanıb”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən deyib.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Avropa Xocalı soyqırımına münasibətdə kar və kor olmaq istəyir:
“Dünya birliyi ölkələri bu mövzuda heç nə danışmaq istəmir. Məhz Türkiyə siyasətçilərinin bu işə qarışması nəticəsində Avropada böyük əksəriyyətin bu hadisənin mahiyyəti haqqında məlumatı var. Sadəcə bunu bilmək onların maraqlarına uyğun deyil. Avropa siyasətçiləri əvvəlki mövqelərindən çəkilə bilmirlər, ona görə Xocalı soyqırımını inkar edirlər. İnanıram ki, beynəlxalq ictimaiyyət Xocalıda soyıqırım olduğunu başa düşəcək”.