QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

XİN: Sumqayıt hadisələrini Ermənistan və SSRİ xüsusi xidmət orqanları törədiblər

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Hacıyev bildirib ki, bu və Dağlıq Qarabağdakı hadisələrə görə məsuliyyət Ermənistan siyasi hərbi rəhbərliyinin üzərinə düşür

BAKI, 22 fevral — Sputnik. “Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd etdi ki, bu təxribata əl atmaqla sübut etməyə çalışdılar ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün deyil.

“1980-ci illərin sonlarında Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək hərbi gücə əl atdı, etnik təmizləmə siyasəti aparmağa başladı. Ermənistan ərazisində, eləcə də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində mülki azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədildi. Ümumilikdə bir milyondan artıq azərbaycanlı evindən didərgin düşdü. Ermənistan tərəfindən Azərbaycana qarşı müxtəlif səpkili provokasiyalar həyata keçirildi. Ermənistan xüsusi xidmət orqanları, erməni terror təşkilatları nəqliyyat vasitələrində müxtəlif terror aktları törətdilər və minlərlə azərbaycanlı həyatını itirdi. 1988-ci ilin fevralında Sumqayıt hadisələri bunun kulminasiya nöqtəsi idi", — Haciyev deyib. 

Hacıyev bildirib ki, bu və Dağlıq Qarabağdakı hadisələrə görə məsuliyyət Ermənistan siyasi hərbi rəhbərliyinin üzərinə düşür. 

"Təcavüzkar separatizm siyasəti yürüdən ermənilər təxribatlar həyata keçirmək üçün imkanlarının olduğunu yaxşı başa düşürdü. Bu gün erməni lobbisi Sumqayıt hadisələrini başqa formada təqdim etməyə çalışır və bu, həqiqəti əks etdirmir", — XİN-in mətbuat xidmətinin rəhbəri bildirib.


Xəbər lenti
0