QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağ müharibəsinin ilk qurbanları: 30 il keçdi...

CC BY-SA 2.0 / ogannes / AskeranКрепость в оккупированном Арменией городе Аскеран, фото из архива
Крепость в оккупированном Арменией городе Аскеран, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
30 il əvvəl erməni millətçiləri Əsgəran qəsəbəsi yaxınlığında Ağdam rayonundan olan iki azərbaycanlı gənci - Əli Hacıyev və Bəxtiyar Quliyevi qətlə yetiriblər

BAKI, 22 fevral — Sputnik. 1988-ci il fevralın 22-də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində başlanan Dağlıq Qarabağ münaqişəsində ilk toqquşma baş verib.

Erməni millətçiləri Əsgəran qəsəbəsi yaxınlığında Ağdam rayonundan olan iki azərbaycanlı gənci — Əli Hacıyev və Bəxtiyar Quliyevi qətlə yetiriblər. Rəsmi orqanlar azərbaycanlı əhalinin erməni şovinistlərinə adekvat cavab verməsinə imkan verməyiblər.

© Photo : APAƏli Hacıyev və Bəxtiyar Quliyev
Əli Hacıyev və Bəxtiyar Quliyev - Sputnik Azərbaycan
Əli Hacıyev və Bəxtiyar Quliyev

Həmin gün Bakıda ermənilərin Qarabağa iddialarına etiraz olaraq mitinq keçirilib. Bu arada Ermənistanın Qafan rayonundan azərbaycanlıların kütləvi deportasiyası başlanıb.

Xəbər lenti
0