BAKI, 22 fevral — Sputnik. Bir qrup etirazçı Rusiyanın İstanbuldakı baş konsulluğunun qarşısında etiraz aksiyası keçirib. Bu barədə Sputnik Türkiyə bürosu məlumat yayıb. Aksiya iştirakçıları Suriyanın Şərqi Quta bölgəsində Bəşər Əsəd rejiminin mülki əhaliyə qarşı kütləvi qırğınına görə Rusiya və İranı günahlandırıblar.
Nümayişə Azad Suriya Ordusundan olan rəsmi şəxslərin də qatılması diqqət çəkib.
Bir saata yaxın davam edən etiraz aksiyası problemsiz şəkildə yekunlaşıb.
— Elif Sudagezer (@elifsudagezer) February 22, 2018