QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Baş Prokurorluq rəsmisi hüquq-mühafizə orqanlarını ittiham etdi

© Sputnik / Murad OrujovГлава пресс-службы Генпрокуратуры Эльдар Султанов
Глава пресс-службы Генпрокуратуры Эльдар Султанов - Sputnik Azərbaycan
Abunə olmaq
"Cinayətin bütün iştirakçıları müəyyən edilməyib, bu hadisələrin təşkilatçıları isə, ümumiyyətlə məsuliyyətdən kənarda qalıb"

BAKI, 22 fevral — Sputnik. “Sumqayıt hadisələri ilə bağlı SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupu tərəfindən istintaq olunmuş cinayət işlərinin öyrənilməsi göstərib ki, bu hadisələrlə bağlı işin istintaqı tam, hərtərəfli və obyektiv aparılmayıb və hadisələrin əsl mahiyyəti açılmayıb”. Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında bildirib.

Baş Prokurorluq - Sputnik Azərbaycan
QARABAĞ
Baş Prokurorluqla XİN Sumqayıt hadisələri ilə əlaqədar birgə bəyanat yaydı

O qeyd edib ki, cinayətin bütün iştirakçıları müəyyən edilməyib, bu hadisələrin təşkilatçıları isə ümumiyyətlə məsuliyyətdən kənarda qalıb, onların müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməyib, cinayətin baş vermə səbəb və şəraiti qətiyyən araşdırılmayıb.

Eldar Sultanovun sözlərinə görə, hadisələrlə əlaqədar SSRİ Baş Prokurorluğunun ölkənin müxtəlif respublikalarından 231 müstəntiq və bir o qədər də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat qrupu tərəfindən böyük həcmdə material toplanıb, bir çox şəxslər məsuliyyətə cəlb ediliblər. Lakin, hadisələrlə bağlı istintaqın bilavasitə əvvəlindən hadisələrdə zərərçəkənlərin guya ermənilər, təqsirkar şəxslərin isə azərbaycanlılar olması barədə irəli sürülmüş fərziyyələr istintaqın birtərəfli və kifayət qədər qərəzli aparılmasına, onun müəyyən siyasi sifarişə xidmət etməsinə səbəb olub.

O qeyd etdi ki, Sumqayıt hadisələri ilə bağlı SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupu tərəfindən istintaq olunmuş cinayət işlərinin öyrənilməsi göstərib ki, bu hadisələrlə bağlı işin istintaqı tam, hərtərəfli və obyektiv aparılmayıb və hadisələrin əsl mahiyyəti açılmayıb. Cinayətin bütün iştirakçıları müəyyən edilməyib, bu hadisələrin təşkilatçıları isə ümumiyyətlə məsuliyyətdən kənarda qalıb, onların müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməyib, cinayətin baş vermə səbəb və şəraiti qətiyyən araşdırılmayıb. 

“Hadisələrlə əlaqədar SSRİ Baş Prokurorluğunun ölkənin müxtəlif respublikalarından 231 müstəntiq və bir o qədər də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat qrupu tərəfindən böyük həcmdə material toplanıb, bir çox şəxslər məsuliyyətə cəlb ediliblər. Lakin, hadisələrlə bağlı istintaqın bilavasitə əvvəlindən hadisələrdə zərərçəkənlərin guya ermənilər, təqsirkar şəxslərin isə azərbaycanlılar olması barədə irəli sürülmüş fərziyyələr istintaqın birtərəfli və kifayət qədər qərəzli aparılmasına, onun müəyyən siyasi sifarişə xidmət etməsinə səbəb olub” — deyə Sultanov bildirib.

Xəbər lenti
0