BAKI, 20 fevral — Sputnik. Dünən gecə Rusiyanın paytaxtı Moskvada 26 dərəcə şaxta qeydə alınıb. Sputnik Azərbaycan "İzvestiya"-ya istinadən xəbər verir ki, temperaturun —26 dərəcəyə qədər enməsinə səbəb Arktikadan gələn siklonlar olub.
Bu gün isə Moskvada gündüz havanın temperaturunun —16 dərəcə olacağı bildirilir. Məlumata görə, yaxın 2-3 gün ərzində Moskvada bu ilki qışın ən soyuq gecələri gözlənilir. Sinoptiklər bildirirlər ki, bu cür hava şəraiti paytaxt üçün anomal haldır.