BAKI, 20 fevral — Sputnik. Rusiyada yaşayan və milyonlarla izləyicisi olan azərbaycanlı bloqqer Hüseyn Həsənov Moskvada yaşadığı evdə polis tərəfindən saxlanılıb.
Sputnik Azərbaycan NTV kanalına istinadən xəbər verir ki, məşhur blogger bankda oğurluq edəcəyi barədə zarafatyana video çəkərək paylaşıb. Həmin videonu yüzlərlə insan izləyib.
Video paylaşımından sonra yaşadığı mənzilə polislər basqın edərək axtarış aparıb. Hüseyn Hüseynov və onun dostu polis şöbəsində dindirilib.
Həsənov cinayət haqqında yalan informasiya yaymaqda ittiham olunur.