BAKI, 18 fevral — Sputnik. Dağıstanın Kizlyar şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində 5 nəfər ölüb.
APA-nın verdiyi xəbərə görə, bu barədə şəhər administrasiyası mətbuat xidmətinin rəhbəri bildirib.
Bu gün silahlı şəxs bayram karnavalında insanlara atəş açıb. Nəticədə 4 nəfər hadisə yerində ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.
Daha sonra yaralılardan biri xəstəxanada keçinib.