Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Uşaq bağçasında 100-dək uşaq zəhərləndi

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidMoskvada təcili tibbi yardım maşını
Moskvada təcili tibbi yardım maşını - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvanın uşaq bağçalarından birində 87 uşaq zəhərlənib

BAKI, 17 fevral — Sputnik. Moskva şəhərinin uşaq bağçalarından birində valideynlər 87 uşağın zəhərləndiyini bildiriblər.

"Report" xəbər verir ki, uşaqlarının sağlamlığına görə narahat olan valideynlər məsələnin araşdırılmasına prokurorluq orqanlarını cəlb etmək istəyirlər.

"Nahar vaxtı uşaqlar eyni zamanda özlərini pis hiss ediblər. Kəskin əlamətlər – qusma, qarı ağrısı, bəzilərində qızdırma. Hamı uşağını götürməyə getdi. Mənim uşağımın vəziyyəti axşamtərəfi pisləşdi – hərarəti 39,5 dərəcəyə qalxdı", — deyə uşaqlardan birinin anası danışıb.

Onun sözlərinə görə, poliklinikada zəhərlənmiş uşaqların analizlərindən ibarət 80 banka toplanıb.

Valideyn bildirib ki, beş uşaq təcili xəstəxanaya yerləşdirilib. Böyüklər baş verən hadisədə uşaqlara yemək gətirən qida kombinatını şübhəli bilirlər.

Xəbər lenti
0