Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Rusiya PKK-nı terrorçu təşkilat kimi tanıyacaq"

© AFP 2024 / ADEM ALTANTürkiyənin baş naziri Binəli Yıldırım
Türkiyənin baş naziri Binəli Yıldırım - Sputnik Azərbaycan
Abunə olmaq
Binali Yıldırım: Rusiya Türkiyənin "Zeytun Budağı" əməliyyatına etiraz etmir

BAKI, 14 fevral — Sputnik. "Rusiya bu gün PKK-nı terror təşkilatı olaraq görmür, tanımır. Ancaq gələcəkdə tanıyacaq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım İngiltərənin BBC telekanalına özəl müsahibəsi zamanı deyib. Yıldırım qeyd edib ki, terrorçular PYD, YPG, DHKP-C və s. adlarda fəaliyyət göstərsələr də, elə PKK-nı təmsil edirlər.

"Biz xarici ölkələrin daxili işlərinə, qərarlarına qarışa bilmərik. Rusiya bu gün PKK-nı terrorçu təşkilat kimi tanımır, ancaq gələcəkdə tanıyacaq. Tək Rusiya yox, digər dövlətlər də tanıyacaqlar. Hansı adda fəaliyyət göstərmələrinə baxmayaraq, PYD, YPG və s.-lər də PKK-nın qoludur. Biz bunu çox yaxşı bilirik", — baş nazir bildirib.

Yıldırım, həmçinin əlavə edib ki, Rusiya Türkiyənin "Zeytun Budağı" əməliyyatına etiraz etmir.

Xəbər lenti
0