Rusiya imperiyası ilə İran arasında 1826—1828-ci illər rus-fars müharibəsinin yekunlarına həsr olunmuş Türkmənçay sülh müqaviləsi 10 (22) fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanıb. Müqavilənin şərtlərinə görə, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiya İmperiyasına verilib.
Bu sazişin tarixi əhəmiyyəti və onun müasir Azərbaycan tarixinə təsiri ilə bağlı 15 fevral saat 11:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Azərbaycanın tanınmış tarixçiləri — tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev və tarix elmləri doktoru Firdovsiyyə Əhmədova danışacaqlar. Tədbirdə siyasi elmlər namizədi, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov, həmçinin Azərbaycan ali məktəblərinin tələbələri iştirak edəcək.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.