BAKI, 13 fevral — Sputnik. 1992-ci il fevralın 13-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regiona ATƏT-in (o vaxt ATƏM adlanırdı) ilk missiyasının səfəri başlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Çexiya (ATƏT-ə sədrlik edirdi) prezidenti administrasiyasının rəhbəri Karel fon Şvartsenberqin başçılıq etdiyi heyət bir həftə ərzində Bakı, Yerevan və Xankəndidə olmuşdu.
Bu missiyanın nəticəsi olaraq ATƏT-in Minsk Qrupu yarandı (24 mart 1992).