BAKI, 13 fevral — Sputnik. "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, Rusiyanın məşhur jurnalisti Dmitri Kiselyov ölkənin "1-ci kanal"ında özünün aparıcısı olduğu həftəlik analitik proqramda türk ordusunun Afrində keçirdiyi hərbi əməliyyatla bağlı maraqlı açıqlamalar verib.
Sputnik Azərbaycan xəbər verir ki, Kiselyov "Zeytun budağı" əməliyyatına haqq qazadıraraq, bunun Amerikanın planlarına qarşı olduğunu söyləyib: "Ərdoğan Amerikanın elən etmədiyi, gizli saxladığı planlarını çoxdan çözüb. O, Suriyanın şimalında ABŞ-ın özündən asılı, marionet dövlət yaratmaq istədiyini bilir. Hərbi əməliyyat məhz bunun qarşısını almaq üçün aparılır".