Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvanı nüvə hücumundan qoruyacaq müdafiə sistemi sınaqdan keçirildi

© Sputnik / Grigoriy SisoevS-400 Triumf
S-400 Triumf - Sputnik Azərbaycan
Abunə olmaq
Nüvə əleyhinə raket müdafiə sistemləri təyin olunan hədəfləri uğurla məhv edə bilib

BAKI, 12 fevral — Sputnik. Rusiya Silahlı Qüvvələri paytaxt Moskvanı nüvə hücumundan qoruyacaq raketdən müdafiə sistemini uğurla sınaqdan keçirib. Sputnik xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Sınaq Qazaxıstandakı Sarı Şağan hərbi poliqonunda həyata keçirilib. Nazirlik rəsmisi Andrey Prixodko bildirilib ki, nüvə əleyhinə raket müdafiə sistemləri təyin olunan hədəfləri uğurla məhv edə bilib.

Ən mühüm müdafiə sistemlərindən olan raketdən müdafiə sistemi, paytaxt Moskvaya mümkün nüvə hücumlarının qarşısını almaq üçün Rusiyanın Hava və Kosmik Qüvvələri Agentliyi tərəfindən istifadə olunur.

Qeyd edək ki, Rusiyanın Hava və Kosmik Qüvvələri Agentliyinin əsas vəzifəsi kosmos və fəzadakı prosesləri araşdırmaqdır.

Xəbər lenti
0