Ümumdünya Radio Günü yeni bayramdır – onu ilk dəfə 2012-ci ildə qeyd ediblər. Amma onu hər il qeyd etmək barədə qərarı YUNESKO-nın baş konfransı 2011-ci ilin 13 fevralında qəbul edib. Bu tarix təsadüfi seçilməyib. Məhz 1946-cı ilin 13 fevralında ilk dəfə "BMT Radiosu" efirə çıxıb. Onun stansiyası BMT-nin mənzil qərargahında yerləşib.
Ümumdünya Radio Günü postsovet məkanında radio yayımı sahəsindəki prosesləri və tendensiyaları müzakirə etmək üçün də bir fürsətdir. Radionun gələcəyini nə gözləyir, o, KİV-in digər növləri ilə rəqabət şəraitində necə davam gətirir və digər məsələlər barədə 13 fevral saat 16:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək videokörpüdə söhbət açılacaq.
İştirak edəcəklər:
Bakıda:
— radio aparıcısı Aytən Səfərova;
Moskvada:
— politoloq, yazıçı, radio aparıcısı Armen Qasparyan;
— VQTRK radioholdinq direktorunun məsləhətçisi, Vesti FM radiostansiyasında yayımlanan verilişin müəllifi və aparıcısı Giya Saralidze;
— Vesti FM radiostansiyasında proqram aparıcısı, tarixçi, jurnalist Marat Səfərov;
Astanada:
— Məhəbbət ESEN-in radojurnalisti;
Bişkekdə:
– radio aparıcısı Pavel Jdanko;
– Sputnik Qırğızıstan radiosunun buraxılış redaktoru Vadim Osadçenko;
Yerevanda:
— Erməni radiosunun direktoru Mark Qriqoryan;
Kişinyovda:
— Sputnik Moldova radiosunun aparıcısı Andrey Petrik;
Minskdə:
— Sputnik Belarus radiosunun aparıcısı Vyaçeslav Şarapov və Aleksandr Krivoşeyev
Tallində:
— Sputnik Estoniya radiosunun jurnalisti Vladimir Barseqyan.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.