BAKI, 9 fevral — Sputnik. Rusiyanın Saxalin vilayətinin rəhbərliyi yanvarın 25-də Yapon dənizində itmiş "Vostok" gəmisinin, aralarında iki azərbaycanlının da olduğu heyət üzvlərindən 16-sının ailəsinə təzminat ödəyəcək.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Saxalin vilayətinin rəsmisi Yelena Kasyanova bildirib. Onun sözlərinə görə, ödəmələr üçün bütün zəruri sənədlər hazırlanıb.
"Bu gün həmin sənədlər imzalanması üçün vilayətin qubernatoru Oleq Kojemyakoya göndəriləcək. Güman edilir ki, vəsait artıq fevralın 19-dan itkin düşmüş şəxslərin hesablarına daxil olmağa başlayacaq", – deyə Kasyanova bildirib.