Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ramzan Kadırovdan bütün müsəlmanlara örnək olacaq humanist addım

© Photo : VK / ramzanMyanma qaçqın düşərgəsindəki uşaqlar
Myanma qaçqın düşərgəsindəki uşaqlar - Sputnik Azərbaycan
Abunə olmaq
Əhməd Kadırov adına Regional İctimai Fond Banqladeşdə Myanma qaçqın düşərgəsindəki yetim uşaqlar üçün məktəb açıb

BAKI, 6 fevral — Sputnik. Əhməd Kadırov adına Regional İctimai Fond Banqladeşdə Myanma qaçqın düşərgəsindəki yetim uşaqlar üçün məktəb açıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov xəbər verib.

"Banqladeşin Myanma ilə sərhədyanı ərazisindəki ən böyük qaçqın düşəngəsində məktəbin açılışı ilə bağlı işlər başa çatdırılıb. Məktəb yetim uşaqlar üçün nəzərdə tutulub və ona Rusiya qəhrəmanı Əhməd-Hacı Kadırovun adı verilib. Burada minə qədər qız və oğlan təhsil alacaq. Artıq dərs prosesi başlayıb" — deyə Kadırov "Vkontakte"də yazıb. 

Ağ Ev, arxiv şəkli - Sputnik Azərbaycan
ABŞ Myanma qətliamına reaksiya verdi

Kadırov qeyd edib ki, məktəbin müəllimləri onun atasının adını daşıyan fonddan maaş alacaq, kitabxana üçünsə artıq zəruri kitablar alınıb. Uşaqlar dərsliklər və geyimlərlə təchiz edilib, onlara gündə iki dəfə pulsuz yemək verilir.

"İlkin layihəyə əsasən, düşərgədə iki quyunun istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Amma dəhşətli dərəcədə su çatışmazlığını nəzərə alaraq, Rusiya qəhrəmanı Əhməd-Hacı Kadırov adına RİF quyuların sayını 20-dək artırmağı qərara alıb. Onlardan 7-si artıq istifadəyə verilib" — deyə Kadırov bildirib.

Düşərgədə tibb məntəqələri də açılmaqdadır. "Bu, bir neçə məsələnin həllinə yönəlmiş böyük sosial layihədir. İlk növbədə azyaşlı uşaqlar oxumağı və yazmağı öyrənəcəklər. Kim ki, ibtidai təhsil alıb, sonra öz biliklərini fənnlər üzrə genişləndirəcək. Min uşaq, yeniyetmə, gənc qız və oğlan savadlanacaq və aclığın nə olduğunu unudacaq" — deyə Kadırov əlavə edib.

Bir qədər əvvəl Banqladeş və Myanma rəsmiləri rohinca qaçqınlarının köçürülməsi ilə bağlı razılaşmanın hazırlanmasını başa çatdırıb. Həmin layhəyə əsasən köçürmə prosesin başlanmasından sonrakı iki il ərzində başa çatmalıdır. Məlumata görə, Banqladeş Myanma ərazisində rohincaların qəbulu və müvəqqəti yaşaması üçün beş tranzit məntəqə təşkil edib.

Xəbər lenti
0