Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Amerika türk ordusundan çəkinib öz müttəfiqinə xəyanət etdi"

© REUTERS / Khalil AshawiTürk əsgərləri Afrində
Türk əsgərləri Afrində - Sputnik Azərbaycan
Abunə olmaq
Dmitri Kiselyov: "ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mübarizə aparmağın onlara sərf etməyəcəyini anladı"

BAKI, 30 yanvar — Sputnik. Rusiyanın məşhur jurnalisti, "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin rəhbəri Dmitri Kiselyov Amerika Birləşmiş Ştatlarının Türkiyəyə məğlub olduğunu deyib. Sputnik Azərbaycan "A Haber"-ə istinadən xəbər verir ki, Kiselyov bu barədə dövlət televiziyasının canlı yayımında danışıb.

© Sputnik / Sergey Guneyev / Mediabanka keçid“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov
“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov - Sputnik Azərbaycan
“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov

O, ABŞ-ın Suriyada Türkiyə ilə savaşa girmək istəmədiyini diqqətə çatdırıb: "BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Rusiya prezidenti Vladimir Putinlə birbaşa əldə olunan razılaşmalara baxmayaraq Amerika Suriyaya iynə batırır və orada ayrı bir dövlət qurur. Türkiyə öz sərhədlərində bu təhlükəni gördüyü üçün tədbir görür və bölgəyə qoşun yeridir".

"Bir də ABŞ-a baxın. Türk ordusunun müdaxiləsindən dərhal sonra PYD-ni satdı, xəyanət etdi. Onlara silah göndərirdi, indi dayandırdı" — jurnalist bildirib.

Dmitri Kiselyov əlavə edib ki, bununla ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mübarizə aparmağın onlara sərf etməyəcəyini anlamış oldu.

Xəbər lenti
0