Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Təhlükəli manevr: ABŞ təyyarəsi Rusiya sərhəddinə yaxınlaşıb

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidSu-27 and F-16
Su-27 and F-16 - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya sərhəddinə yaxınlaşan ABŞ kəşfiyyat təyyarəsinin qarşısı alınıb

BAKI, 30 yanvar — Sputnik. Su-27 döyüş təyyarəsi Rusiya sərhəddi yaxınlığında uçan ABŞ Hərbi Dəniz Qüvvələrinin E-3E "Aries II" radio-elektron kəşfiyyat təyyarəsinin qarşısını alıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiyanın Müdafiə Nazirliyi xəbər verib.

Məlumata görə, yanvarın 29-da saat 12.00 radələrində Qara dənizin neytral sularında Rusiya ərazilərinə doğru uçan naməlum hava hədəfi təsbit edilib.

Su-27 həmin təyyarəyə təhlükəsiz məsafəyə qədər yaxınlaşaraq onun kimə məxsus olduğunu təsbit edib və onun Rusiya sərhədlərinə yaxınlaşmasına icazə verməyərək qovub.

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə aid kəşfiyyat təyyarəsi istiqamətini dəyişərək Rusiya sərhədlərindən uzaqlaşdıqdan sonra Su-27 məxsus olduğu hərbi hava qüvvələrinin bazasına geri dönüb.

Bununla belə, Pentaqon onlara məxsus təyyarənin qarşısının alınmasının təhlükəsiz şəkildə baş vermədiyini iddia edib.
Pentagon, Su-27-nin ABŞ təyyarəsinə çox təhlükəli məsafəyə qədər yaxınlaşdığını irəli sürüb.

Su-27-nin səhvsiz hərəkət etdiyini və heç bir təhlükə yaratmadığını vurğulayan Rusiya MN bildirib ki, Su-27 döyüş təyyarəsinin bütün uçuşu tamamilə beynəlxalq qaydalara uyğun həyata keçirilib, heç bir qanunsuz vəziyyət yaranmayıb.

Xəbər lenti
0