BAKI, 29 yanvar — Sputnik. Düz 80 il əvvəl — 31 yanvar 1938-ci ildə Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu ayrı-ayrı respublikalarda, vilayətlərdə və diyarlarda "repressiyaya məruz qalanların əlavə sayı" haqqında yeni norma müəyyənləşdirir. Bu dəfə qarşıdakı üç ayda Azərbaycanda 2000 adamın güllələnməsi, 1000 nəfərin uzun müddət həbs cəzasına məhkum edilməsi "lazım gəlir".
Bu "güllələnmə siyahısı"nda kimlər olub və repressiya qurbanlarının ailələrinin sonrakı taleyi necə olub? Bu barədə 31 yanvar saat 12.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru Eldar Zeynalov danışacaq.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.