Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ABŞ-ın yeni sanksiyalarına necə cavab verəcəyini bəyan etdi

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidЗдание МИД РФ
Здание МИД РФ - Sputnik Azərbaycan
Abunə olmaq
XİN: Rusiya yeni ABŞ sanksiyalarına cavab vermək hüququnu özündə saxlayır

BAKI, 27 yanvar — Sputnik. ABŞ hökuməti Moskvaya qarşı sanksiyaların genişləndirilməsi, Rusiya ilə iqtisadi və digər əlaqələri qırmağı düşünürsə, bu onların haqqıdır. Rusiya tərəfi cavab vermək hüququnu özündə saxlayır.

APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-in yaydığı bəyanatda deyilir.

“Vaşinqtonda illüziyalardan xilas ola bilmirlər ki, Rusiyanı vizaların ləğvi, ticarət qadağaları ilə qorxutmaq, beynəlxalq arenada müstəqil kurs yeritmək və özünün milli maraqlarını qorumaqdan çəkindirmək qeyr-mümkündür. Mənasız sanksiyalar kampaniyası isə yalnız ABŞ biznesi üçün maliyyə itkisinə çevriləcək” — bəyanatda vurğulanıb.

Qeyd edək ki, bu gün ABŞ-ın maliyyə nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib. Yeni məhdudlaşdırıcı tədbirlərin Ukraynadakı vəziyyətlə əlaqədar olduğu bildirilib.

Xəbər lenti
0