Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İtkin düşmüş azərbaycanlıların axtarış dairəsi genişləndiriləcək

CC0 / 12019 / корабльGəmi, arxiv şəkli
Gəmi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya içində azərbaycanlıların da olduğu gəminin axtarış dairəsini genişləndirəcək

BAKI, 27 yanvar — Sputnik. Yanvarın 25-də Yapon dənizində, Rusiyanın Posyet dənizkənarı limanından 50-70 mil aralıda itən "Vostok" adlı balıqçı gəmisinin axtarışları səhər saatlarından genişləndiriləcək.

“Report” xəbər verir ki, bunu cümə günü Vladivostok dəniz xilasetmə və koordinasiya mərkəzinin nümayəndəsi deyib.

"Biz səhər tezdən "Vostok" gəmisinin axtarış dairəsini genişləndirəcəyik. Proqnozlara görə, hava 8:10-da işıqlanacaq. Dənizçilərin axtarışı son ümid itənə qədər davam etdiriləcək", — deyə həmsöhbət bildirib.

Cümə axşamı Yapon dənizində qəza siqnalı işə düşüb. Göyərtəsində 20 heyət üzvünün, eləcə də iki azərbaycanlının olduğu "Vostok" trauleri ilə əlaqə kəsilib. Xilasetmə əməliyyatlarına Uzaq Şərq Dəniz Gəmiçiliyinin "Zaborşikov", "Fesko-Diomid" gəmiləri, aviasiya, yaxınlıqdan ötüb keçən gəmilər cəlb edilib.

İki gün ərzində 7286 kv. km dəniz hövzəsi yoxlanılıb. Axtarışlar nəticəsində yalnız radioötürücü, yarıbatmış çəllək, buraz başlıqları, 2 xilasetmə jileti, 2 xilasetmə dairəsi və məişət zibili aşkar edilib.

Gəminin yoxa çıxması faktı üzrə ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümü ilə nəticələnən dəniz nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması maddəsi üzrə cinayət işi başlanıb.

Xəbər lenti
0