Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İtən gəmidə olan azərbaycanlılar belə axtarılır

© Photo : Rusiya FHN-in Xabarovsk diyarı üzrə Baş idarəsinin mətbuat xidmətiYapon dənizi, arxiv şəkli
Yapon dənizi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Axtarış tədbirləri Yapon dənizinin Poset limanından 60 mil şimal-cənubda keçirilir

BAKI, 25 yanvar — Sputnik. Ötən gün Yapon dənizində itən Rusiyaya məxsus "Vostok" balıqçı gəmisinin axtarışları davam edir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, axtarış tədbirləri Yapon dənizinin Poset limanından 60 mil şimal-cənubda keçirilir.

Məlumatlara görə, öncə gəminin göyərtəsində 21 nəfərin olduğu qeyd edilsə də, sonradan onlardan birinin — dənizçi Sergey Poteşkinin gəmidə olmadığı məlum olub. Dənizçi ilə " Arka-34" balıqçı gəmisində olan həmkarları əlaqə saxlayıblar.

Məlumatda bildirlir ki, "Arka-34" 3 gəminin konvoyundan öndə gedib. Bu zaman "Vostok" gəmisindən qəza siqnalı verilib. "Arka 34" geri qayıdıb yardım etmək istəyib, yarım saat sonra ərazidə heç bir gəminin olmadığı məlum olub.

Xatırladaq ki, gəminin axtarışları hələ heç bir nəticə verməyib.

Rusiya mətbuatı axtarışları əks etdirən video paylaşıb.

Xəbər lenti
0